Bəzi kütləvi informasiya vasitələrində Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati qanunvericilik sektoru müdiri vəzifəsinə Eldar İsmayıl oğlu Əsgərovun təyin edilməsi barədə məlumat yayılıb.
Milli Məclisin mətbuat xidmətindən bildirilib ki, bu xəbər həqiqətə uyğun deyil.
Qeyd edilib ki, Eldar Əsgərov 13 fevral 2017-ci il tarixdən Parlament Aparatının yuxarıda adıçəkilən şöbəsinin Hərbi qanunvericilik sektorunun müdiri vəzifəsində çalışır.
“KİV nümayəndələrindən bu cür informasiyaları yayarkən bir daha diqqətli olmağa çağırırıq”, - deyə məlumatda bildirilib.//oxu.az