Xarici ölkələrin ali təhsil müəssisələrinin diplomlarının tanınmasına görə dövlət rüsumu ləğv olunur.
Median.Az-ın məlumatına görə, bununla bağlı “Təhsil haqqında” və “Dövlət rüsumu haqqında” qanunlara dəyişiklik təklif edilir.
Layihə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən onlayn iclasında müzakirəyə çıxarılıb və parlamentin plenar iclasına tövsiyə olunub.//oxu.az