Azərbaycanın diplomatik nümayəndəlikləri koronavirus yayılan ölkələrdən qaytarıla bilərmi? - RƏSMİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:55 Bu şəxslərə 6 min manat ödəniləcək: Tələb olunan sənədlərin siyahısı  |     12:33 Söyüdlü qızıl yatağının işlənməsinə icazə veriləcək  |     12:17 Cənubi Koreyada hərbi bazada güclü partlayış - Xəsarət alanlar var  |     12:15 Pezeşkian internet məhdudiyyəti ilə bağlı vədini yerinə yetirmir  |     11:37 Bakıda iş adamının müəmmalı ölümü - Meyiti tapılanda qolunda şpris qalıbmış  |     11:30 Bu həftə ardıcıl 7 gün iş olacaq  |     11:23 Yeddi yaşlı uşağı öldürməkdə təqsirləndirilən məşqçi yenidən hakim qarşısına çıxarılır  |     11:15 Bu ərazilərdə işıq olmayacaq  |     22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |    

Azərbaycanın diplomatik nümayəndəlikləri koronavirus yayılan ölkələrdən qaytarıla bilərmi? - RƏSMİ

“Diplomatik nümayəndəliklərin rəhbərləri, səfirlər, Baş konsullar, Səfirlik və Baş konsulların işçiləri, onların ailə üzvləri koronavirus pandemiyasının yayıldığı ölkələrdə fəaliyyətlərini davam etdirir”.

Oxu.Az-ın məlumatına görə, jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, koronavirus pandemiyası Çində başlayandan orada olan səfirliyimiz bu günə qədər tam tərkibdə fəaliyyət göstərir:

“Cənubi Koreyada, İran İslam Respublikasında, İtaliyada, o cümlədən, digər koronavirusun yayıldığı ölkələrdə səfirliklər fəaliyyətini davam etdirir”.

“Dövlət başçısı tərəfindən tapşırıq da verilib ki, diplomatik nümayəndəliklərimiz orada qalmalı, fəaliyyətlərini davam etdirməlidir. Onlar zəruri hallarda Azərbaycan vətəndaşlarına xidmət etməli, kömək göstərməlidirlər”, - deyə Hikmət Hacıyev əlavə edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 659 23.03.20 23:27