Ukraynanın “Fakt” portalı İlham Əliyevin Paşinyanın yalanlarını ifşa etdiyi müzakirələrdən yazdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:55 Bu şəxslərə 6 min manat ödəniləcək: Tələb olunan sənədlərin siyahısı  |     12:33 Söyüdlü qızıl yatağının işlənməsinə icazə veriləcək  |     12:17 Cənubi Koreyada hərbi bazada güclü partlayış - Xəsarət alanlar var  |     12:15 Pezeşkian internet məhdudiyyəti ilə bağlı vədini yerinə yetirmir  |     11:37 Bakıda iş adamının müəmmalı ölümü - Meyiti tapılanda qolunda şpris qalıbmış  |     11:30 Bu həftə ardıcıl 7 gün iş olacaq  |     11:23 Yeddi yaşlı uşağı öldürməkdə təqsirləndirilən məşqçi yenidən hakim qarşısına çıxarılır  |     11:15 Bu ərazilərdə işıq olmayacaq  |     22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |    

Ukraynanın “Fakt” portalı İlham Əliyevin Paşinyanın yalanlarını ifşa etdiyi müzakirələrdən yazdı

AZƏRTAC-ın Ukrayna, Belarus və Moldova üzrə xüsusi müxbiri Emil Hüseynlinin Ukraynanın “Fakt” informasiya portalında Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrə dair yazısı dərc edilib.

E.Hüseynli bildirib ki, bu müzakirələrdə bəzi tarixi faktlar beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı. Azərbaycan Prezidenti İlham Əliyev Paşinyanın yalanlarını ifşa etdi, Ermənistanın Azərbaycana qarşı işğalçılıq və etnik təmizləmə siyasəti apardığını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı.

Prezident İlham Əliyev Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etdiyini və işğal olunmuş ərazilərdə azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti apardığını, həmçinin, Xocalı soyqırımını törətdiyini bəyan etdi. Bildirdi ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistana izah etməlidir ki, Dağlıq Qarabağ Ermənistan deyil. Heç bir ölkə Dağlıq Qarabağı tanımır.

AZƏRTAC-ın xüsusi müxbiri yazır ki, bu cür həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması böyük önəm kəsb edir. Münaqişələr ədalətli şəkildə həll olunmalıdır.

Dağlıq Qarabağ münaqişəsi zamanında ədalətli həll olunsaydı, bu gün Ukrayna da daxil olmaqla, başqa ölkələrdə yeni münaqişə ocaqları yaranmazdı.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 033 17.02.20 14:44