Sabiq millət vəkili Çingiz Qənizadə bu gün Mərkəzi Seçki Komissiyasının iclasında deputat seçildiyi dairə üzrə nəticələrin ləğv olunmasına münasibət bildirib.
Median.Az-ın məlumatına görə, Ç.Qənizadə “Qafqazinfo”ya açıqlamasında bildirib ki, ləğv olunan məntəqələrdə hansı qanun pozuntularına yol verildiyi haqda məlumatlı deyil: “Onu deyə bilərəm ki, bu günə qədər Dairə Seçki Komissiyasına bir dənə də şikayət daxil olmamışdı. Bununla belə, bu gün MSK belə bir qərar qəbul edib. MSK-nın qərarına hörmətlə yanaşıram”.
“Yeni Müsavat” qəzetinin təsisçisi Rauf Arifoğlu deputat seçildiyi 35 saylı Xətai 3-cü Seçki dairəsinin nəticələrinin ləğv olunması ilə bağlı açıqlama verib.
R.Arifoğlu bildirib ki, komandası və seçiciləri üçün nə qədər ağır olsa da, özü bu xəbəri məmnuniyyətlə qarşılayıb.
Qeyd edək ki, MSK-nın bugünkü iclasında Çingiz Qənizadə, Rauf Arifoğlu, Hüseynbala Mirələmov və Hadı Rəcəblinin deputat seçildiyi dairələr üzrə nəticələr ləğv edilib.