Azərbaycan XİN Ermənistan XİN-in bəyanatına cavab verib » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:55 Bu şəxslərə 6 min manat ödəniləcək: Tələb olunan sənədlərin siyahısı  |     12:33 Söyüdlü qızıl yatağının işlənməsinə icazə veriləcək  |     12:17 Cənubi Koreyada hərbi bazada güclü partlayış - Xəsarət alanlar var  |     12:15 Pezeşkian internet məhdudiyyəti ilə bağlı vədini yerinə yetirmir  |     11:37 Bakıda iş adamının müəmmalı ölümü - Meyiti tapılanda qolunda şpris qalıbmış  |     11:30 Bu həftə ardıcıl 7 gün iş olacaq  |     11:23 Yeddi yaşlı uşağı öldürməkdə təqsirləndirilən məşqçi yenidən hakim qarşısına çıxarılır  |     11:15 Bu ərazilərdə işıq olmayacaq  |     22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |    

Azərbaycan XİN Ermənistan XİN-in bəyanatına cavab verib

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN-in Avropa İnsan Hüquqları Məhkəməsinin “Sarıbekyan və Belyan Azərbaycana qarşı” qərarı ilə bağlı bəyanatına münasibət bildirib.

“Report” xəbər verir ki, XİN rəsmisi “Avropa İnsan Hüquqları Məhkəməsinin bu ilin 30 yanvar tarixində qəbul edilmiş “Sarıbekyan və Belyan Ermənistana qarşı” adlı qərarı yekun deyil və 3 ay ərzində Azərbaycan tərəfinin bu qərarı Məhkəmənin Böyük Palatasına şikayət etmək haqqı var. Hazırda bu xüsusda tərəfimizdən müvafiq araşdırmalar aparılır” sualına cavabında bildirib ki, AİHM-in sözügedən qərarı heç də yekdilliklə qəbul olunmayıb və Azərbaycanlı hakim Lətif Hüseynov müzakirələr zamanı xüsusi rəylə çıxış edib.

“Xatırladırıq ki, Ermənistan vətəndaşı Manvel Sarıbekyan 2010-cu ilin 11 sentyabr tarixində Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttinin şimal-qərb istiqamətində bir neçə nəfərdən ibarət olan erməni təxribat qrupunun qarşısı alınarkən kəşfiyyatçıya aid olan bir sıra ləvazimatlarla birlikdə yaxalanıb. Oktyabrın 5-də isə o intihar edib və faktla bağlı Bakı Hərbi prokurorluğunda cinayət işi açılıb.

İndiki Ermənistan ərazisində yaşayan azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə siyasəti 1980-ci illərin sonlarında daha da kəskinləşdi və 1988-89-cu illərdə Qafan rayonundan azərbaycanlıların qovulması ilə məcburi deportasiya kulminasiya həddinə çatdı. Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu hərbi işğal edən Ermənistan bu bölgənin yerli azərbaycanlı əhalisinə qarşı qanlı etnik təmizləmə həyata keçirdi və nəticədə yüz minlərlə azərbaycanlı məcburi köçkünə çevrildi. İşğalçılıq siyasəti zamanı mülki əhaliyə qarşı xüsusi qəddarlıq törədən Ermənistan silahlı qüvvələrinin 1992-ci ilin 26 fevral tarixində Xocalıda yalnız bir gecədə 613 mülki azərbaycanlını vəhşicəsinə qətlə yetirməsi beynəlxalaq ictimaiyyət tərəfindən qətiyyətlə pislənir və soyqırım kimi tanınır.

Ermənistanın təcüvüzü nəticəsində 3889 azərbaycanlı itkin düşüb və Ermənistan əsirliyində saxlanılan yüzlərlə insan isə ağır işgəncələr nəticəsində həyatını dəyişib.

Ermənistan XİN-ə onu da xatırladırıq ki, məhz Avropa İnsan Hüquqları Məhkəməsi Böyük Palatasının 16 iyun 2015-ci il tarixli “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı qərarında işğalçı tərəf kimi Ermənistanın məsuliyyəti bir daha təsbit olunub və işğal olunmuş ərazilərimizdəki qanunsuz qurumun Ermənistanın hərbi, siyasi, maliyyə və digər dəstəyi hesabına mövcudluğu təsdiqlənib.

Ermənistan XİN-in bu bəyanatı bu ölkənin Xarici İşlər nazirinin özünün qəbul etdiyi birgə bəyanatlardakı iki ölkə əhalisinin sülhə hazırlanması fikri ilə tam ziddir və Ermənistan rəhbərliyinin əsl niyyətini ifşa edir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 257 11.02.20 23:37