ATƏT və AŞ PA Avropanın Azərbaycanın imicinə olan dərin paxıllığını təsdiq etdi - Yevgeni Mixaylov » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

ATƏT və AŞ PA Avropanın Azərbaycanın imicinə olan dərin paxıllığını təsdiq etdi - Yevgeni Mixaylov

Azərbaycan çoxdan bilməlidir ki, öz ağlı ilə və kənar məsləhətlər almadan yaşayan istənilən ölkə istənilən halda Avropa tərəfindən tənqidə məruz qalır.

Median.Az
bildirir ki, bunu Trend-ə rusiyalı ekspert Yevgeni Mixaylov ATƏT-in Demokratik Təşkilatlar və İnsan Haqları Bürosu (DTİHB) və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) parlament seçkiləri ilə bağlı mənfi bəyanatını şərh edərkən deyib.

Y.Mixaylov bildirib ki, Avropa strukturlarının bu cür bəyanatları ölkənin regionda və dünyada artmaqda olan nüfuzuna zərbə vurmaqdan başqa bir şey deyil:

"Bir müddət əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Avropa Şurasını Azərbaycana qarşı qərəzli münasibətdə ittiham edib. Tamamilə aydındır ki, parlament seçkilərinin tənqidi bir halqanın tərkib hissəsidir, bunun məqsədi isə ölkədə baş verən dəyişikliklərə kölgə salmaqdır. Bu cür bəyanatlarda Avropanın dərin paxıllığı əks olunur. Bu, onunla bağlıdır ki, onlarda hər şey pisləşməyə doğru getdiyi bir vaxtda, dünya arenasında nümunə ola biləcək ölkələr peyda olur. Elə həmin Avropada Azərbaycandakı kimi islahatçı addımlar həyata keçirmək mümkün deyil. Mən ölkə hökumətinin və parlamentinin kütləvi dəyişməsini nəzərdə tuturam. Avropa heç də bütün dünya demək deyil və bunu qəbul etmək lazımdır. Ona görə də avropalı siyasətçilərin sözlərinə diqqət verməmək olar".

Rusiyalı ekspert vurğulayıb ki, Fransada və digər Avropa ölkələrində güclü erməni lobbisi var və bu lobbi Türkiyənin, eləcə də ona qardaş olan Azərbaycanın müxtəlif Avropa layihələrinə və strukturlarına inteqrasiya olunmasına mane olur.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 172 10.02.20 20:46