“Gün ərzində bizə bəzi dairələrdə ciddi pozuntularla bağlı müraciətlər daxil olub”.
Median.Az-ın oxu.az-a istinadən xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
O bildirib ki, 33 saylı Xətai birinci seçki dairəsindən, 35 saylı Xətai üçüncü seçki dairəsindən, 60 saylı Salyan-Neftçala, 74 saylı Lənkəran kənd, 79 saylı İmişli, 80 saylı İmişli-Beyləqan, 81 saylı Beyləqan seçki dairələrindən bizə ciddi iradlar daxil olub.
“Günü sabahdan çox ciddi addımlar atacağıq”,-deyə M.Pənahov əlavə edib.