Milli Məclisə seçkilərlə əlaqədar 1314 deputatlığa namizəd mübarizə aparacaq.
Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, qeydə alınan namizədlərdən 246 nəfəri partiya xətti ilə, 1057 nəfəri öz təşəbbüsü ilə, 11 nəfəri isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb.
Namizədliyi qeydə alınanların 79 faizi kişilər, 21 faizi qadınlardır.