Azərbaycanda Milli Məclisə seçkilərlə əlaqədar yeddi seçki dairəsi üzrə veb-kameraların quraşdırılması nəzərdə tutulmayıb.
Həmin dairələr Ermənistan tərəfindən əraziləri işğal edilmiş rayonları əhatə edir.
Bunlar 118 saylı Ağdam şəhər, 120 saylı Cəbrayıl-Qubadlı, 121 saylı Laçın, 122 saylı Xankəndi, 123 saylı Kəlbəcər, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd, 125 saylı Zəngilan-Qubadlı seçki dairələridir.
Qeyd edək ki, 118 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kamera quraşdırılıb.