Nazirlər Kabineti “Azərbaycan Respublikasının yerli əhəmiyyətli avtomobil yollarının siyahısı”nda dəyişiklik edib.
Median.Az xəbər verir ki, bununla bağlı müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin keçmiş Dağlar Yusifov adına Qəbələ Qızılbalıqartırma Zavodunun balansında olmuş 2,2 kilometrlik magistral yol və Qəbələ rayonu, Çuxur Qəbələ Bələdiyyəsinin balansında olan 3,8 kilometrlik avtomobil yolu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansına verilib.