ATƏT Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü ilə bağlı bəyanat yaydı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

ATƏT Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü ilə bağlı bəyanat yaydı

ATƏT-in Minsk Qrupunun həmsədrləri Cenevrədə Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında keçirilən danışıqlarla bağlı bəyanat yayıb.

Median.Az
xəbər verir ki, bu barədə ATƏT-in saytında məlumat yerləşdirilib.

Qeyd olunub ki, üç gün davam edən intensiv müzakirələr zamanı həmsədrlər və nazirlər həm birlikdə, həm də ayrı-ayrılıqda görüşüb fikir mübadiləsi aparıblar.

Danışıqlarda ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov, fransalı həmsədri Stefani Viskonti və ABŞ-lı həmsədri Endryu Şofer iştirak edib, daha sonra müzakirələrə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də qoşulub.

Üç gün davam edən intensiv müzakirələr zamanı həmsədrlər və nazirlər gündəliyin aşağıdakı maddələrini müzakirə ediblər:

2019-cu ildə müzakirə olunan razılaşma və təkliflərin icrası və əhalini sülhə hazırlamaq üçün mümkün addımlar;

Gələcəkdə birgə yaşayışın əsasını təşkil edən prinsiplər və elementlər;

Nizamlama prosesinin irəliləməsinin vaxtı və gündəliyi.

Həmsədrlər münaqişənin sülh yolu ilə həllini və nizamlama prosesində məxfilik prinsipini tapmağı, habelə ədalətli və uzunmüddətli sülhə nail olmaq üçün yaradıcılıq və kompromis ruhunun lazım olduğunu bir daha vurğulayıblar.

Nazirlər yaxın vaxtlarda həmsədrlərin iştirakı ilə yenidən görüşməyə razılıq veriblər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 740 30.01.20 20:55