“TASS” Agentliyinin direktor müavini Mixail Qusman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.
Median.Az APA-ya istinadən xəbər verir ki, bu barədə M.Qusman jurnalistlərə açıqlamasında deyib:
“Mən sevinirəm ki, Bakı-Moskva mədəniyyət dialoqu məhz mənim ad günümə təsadüf edir. Ümumiyyətlə, Azərbaycanın Prezidentinə və Birinci vitse-prezidentə bu tədbirin təşkilində göstərdikləri dəstəyə görə təşəkkür edirəm”.
M.Qusman konfransın ikitərəfli humanitar münasibətlərin inkişafı nöqteyi-nəzərindən vacib olduğunu vurğulayıb:
“Doğrusu, müasir Azərbaycan tarixində Rusiyadan bu qədər ictimaiyyət və mədəniyyət xadimlərinin iştirak etdiyi tədbirin keçirildiyini xatırlamıram. Bu, bir daha göstərir ki, Azərbaycanla Rusiya arasındakı mədəni və tarixi əlaqələr bir-biri ilə sıx bağlıdır”.