Beynəlxalq Uşaq Fondları Assosiasiyasının prezidenti, yazıçı, akademik Albert Lixanovdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.
Median.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:
"Hörmətli İlham Heydər oğlu. Beynəlxalq Uşaq Fondları Assosiasiyası adından və şəxsən öz adımdan doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Sizə səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq, tükənməz enerji, xalqınızın və Azərbaycan uşaqlarının rifahı naminə bütün təşəbbüslərinizdə yeni uğurlar arzulayıram. Ümidvaram ki, uşaqların müdafiəsi istiqamətində səmərəli əməkdaşlığımız bundan sonra da davam edəcək".