Hikmət Hacıyev: Avropa İttifaqının bəyanatı həqiqəti əks etdirmir » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

Hikmət Hacıyev: Avropa İttifaqının bəyanatı həqiqəti əks etdirmir

Bakının mərkəzində icazəsiz mitinq keçirmək cəhdi bəzi qruplar tərəfindən birtərəfli və təhrif olunmuş şəkildə təqdim edilib. Avropa İttifaqının bununla bağlı verdiyi tələsik bəyanat da həqiqəti əks etdirmir. Həddən artıq güc tətbiqi və onlarla insanın saxlanılması barədə bəyanatlar həqiqətə uyğun deyil.

Median.Az
xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Avropa İttifaqı məsələlərini işıqlandıran nüfuzlu “EurActiv” portalında dərc olunmuş məqaləsində bildirilir.

Hikmət Hacıyev qeyd edib ki, Azərbaycanda sərbəst toplaşma azadlığı tam şəkildə təmin olunub. Bakı Şəhər İcra Hakimiyyəti müxalif qrupun mitinq keçirmək müraciətinə cavab olaraq şəhərin Lökbatan ərazisini təklif etmişdi. Lakin sözügedən qrup bundan imtina etdi. Onlar Bakı metrosunun “28 May” stansiyası ərazisində razılaşdırılmamış mitinq keçirməyə cəhd etdilər. “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna əsasən metro stansiyaları ərazilərində kütləvi mitinqlər və nümayişlər keçirmək təhlükəsizlik məsələləri ilə əlaqədar qadağandır. Həmin qrupun oktyabrın 8-də Bakı Şəhər İcra Hakimiyyəti qarşısında piket keçirmək müraciəti də təmin olunmuşdu. Lakin onlar bunu hərəkətin sıx olduğu vaxtda mərkəzi küçədə mitinqə çevirməyə çalışdılar.

Oktyabrın 19-da keçirilən mitinqdə Azərbaycan polisinin peşəkar davrandığını qeyd edən Prezident Administrasiyasının rəsmisi saxlanılan şəxslərə xəbərdarlıq ediləndən sonra azad olunduqlarını bildirib. Heç kim xəsarət almayıb. Bəzi şəxslərin, o cümlədən Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbəri Əli Kərimlinin polis tərəfindən xəsarət almaları barədə bəyanatları yalandan başqa bir şey deyil.

Hikmət Hacıyev məqalədə Avropa ölkələrinin paytaxtlarında dinc nümayişlər zamanı rezin güllələrdən və itlərdən istifadə edilməklə həddən artıq güc tətbiq olunduğunu xatırladıb. O vurğulayıb ki, Bakıdakı aksiyanın əsl hədəfi həddən artıq dramatikləşdirilmiş teatr səhnəsi nümayiş etdirmək idi. Bu etirazın əsas məqsədi vəziyyəti dramatikləşdirmək və qurban obrazı yaratmaq idi. Onlar daxili və xarici ictimai dəstək əldə etmək istəyirdilər. Onların 90-cı illərin əvvəlində həyata keçirdikləri siyasət Azərbaycanı vətəndaş müharibəsi təhlükəsi ilə və müvəffəqiyyətsizliklə üz-üzə qoymuşdu. Anarxiya, küçə etirazları, populizm və demaqogiya onların istifadə etdikləri vasitələrdir.

Sonda Prezident Administrasiyasının rəsmisi vurğulayıb ki, Azərbaycan xalqı hakimiyyətin mənbəyidir və seçkilərdə iştirak edir. Demokratik və sabit inkişaf Azərbaycanın şüurlu seçimidir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 244 23.10.19 20:20