Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin (Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan) növbəti görüşü bu ilin dekabrında Slovakiyanın paytaxtı Bratislavada baş tuta bilər.
Median.Az-ın Ermənistan KİV-nə istinadən xəbərinə görə, bunu Azərbaycanın işğal altındakı Xankəndi şəhərində ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, XİN rəhbərlərinin görüşü ATƏT ölkələrinin Xarici İşlər Nazirlərinin Sammiti çərçivəsində keçirilə bilər.