Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təşkilat nizamnaməsinin beşinci maddəsinə zidd olaraq hərbi blokun Ankaraya kömək etməməsində NATO-nu günahlandırır. O, ittifaq üzvlərinin hərəkətsizliyinin Türkiyənin NATO-da yeganə müsəlman ölkəsi olması ilə əlaqədar ola biləcəyini bildirib:
“Biz terror təşkilatı tərəfindən təhdid altındayıq. Təşkilatın beşinci maddəsinə uyğun olaraq NATO bizimlə olmalıdır. Siz bizimləsiniz, yoxsa terrorçularla? Konkret cavab verilmir”.
Ərdoğan Almaniya kansleri Angela Merkel və İngiltərə Baş naziri Boris Consonla telefon danışığından da söz açıb. Türkiyə liderinin sözlərinə görə, xarici həmkarları “yanlış məlumatların təzyiqi altındadır”.
Xatırladaq ki, oktyabrın 9-da Ankara Suriyada “Barış pınarı” hərbi əməliyyatının başladığını elan edib.