Özbəkistan prezidenti Bakıda Türk Şurasının üzvləri ilə ikitərəfli görüşlər keçirəcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

Özbəkistan prezidenti Bakıda Türk Şurasının üzvləri ilə ikitərəfli görüşlər keçirəcək

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev oktyabrın 14-15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VII Zirvə Toplantısında iştirak edəcək.

Report xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin Mətbuat xidməti açıqlama yayıb.

Sammitdə çoxplanlı əməkdaşlığın möhkəmləndirilməsinə və genişləndirilməsinə dair məsələlər müzakirə ediləcək. Həmçinin, Özbəkistanın təşkilata tamhüquqlu üzv olması üçün birgə bəyanat qəbul olunacaq.

Sonda TDƏŞ-in VII Zirvə Toplantısının yekun Bəyannaməsinin qəbul edilməsi nəzərdə tutulub.

Özbəkistan prezidenti Bakıda TDƏŞ-ə üzv dövlətlərin nümayəndə heyətləri ilə bir sıra ikitərəfli görüşlər keçirəcək.

Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası türk dünyası ölkələri arasında dialoq və əməkdaşlığı təşviq etmək üçün yaradılan beynəlxalq platformadır. Şura 2009-cu il oktyabrın 3-də Naxçıvanda keçirilən sammitdə yaradılıb.

Onun fəaliyyət prinsipləri 16 sentyabr 2010-cu il tarixli İstanbul Bəyannaməsində əksini tapıb. İlk mərhələdə Türk Şurasına Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan daxil olub. Bu il Özbəkistan da Türk Şurasına qoşulub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 725 12.10.19 14:02