Leyla Abdullayeva Ermənistan xarici işlər nazirinin müavininə cavab verib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

Leyla Abdullayeva Ermənistan xarici işlər nazirinin müavininə cavab verib

Ermənistan xarici işlər nazirinin müavini öz yalanları ilə erməni xalqını aldatmaqla məşğuldur.

Median.Az
bildirir ki, bunu Trend-ə Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryanın Xankəndidə keçirilən forumda söylədikləri ilə bağlı cavabında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib.

L.Abdullayeva qeyd edib ki, Ş.Köçəryanın beynəlxalq hüququn "xalqların öz müqəddəratını müəyyən etməsi" prinsipini Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan erməni icmasının Ermənistan Respublikasının təcavüzkar əməlləri ilə dəstəklənən qanunsuz zorakı separatçılıq cəhdləri ilə eyniləşdirməsi tarixi saxtalaşdırmaq və hüquq prinsiplərini yalan əsasında yozmaq deməkdir:

"Hüquq isə yalanı sevmir və beynəlxalq hüquq prinsiplərinin əks olunduğu sənədlər kifayət qədər açıq dildə və aydın şəkildə yazılıb. Əgər Ş.Koçaryanın BMT Nizamnaməsindən, BMT TŞ qətnamələrindən, ATƏT-in Helsinki Yekun Aktından, eləcə də sovet dövründə qanunsuz separatçı meyllərlə bağlı SSRİ Ali Sovetinin qəbul etdiyi qərarlarından xəbəri yoxdursa, o zaman Ermənistan xarici işlər nazirinin müavininə yalnız təəssüf etmək olar.

Ermənistanın Azərbaycana qarşı təcavüzü çərçivəsində hazırlanaraq, həyata keçirilən və məhkəmə qərarı ilə təqsirkar bilinən 92 nəfər arasında ermənilərin olduğu Sumqayıt hadisələrinin təhrif edilməsi onu göstərir ki, növbəti dəfə Ermənistan tərəfi öz məsuliyyətini başqasının üzərinə atmağa cəhd edir. Bu gün bölgədəki cari vəziyyətin, Azərbaycanın beynəlxalq tanınmış ərazilərinin beşdə birinin hərbi işğal altında olmasının, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətində olmasının yeganə səbəbi Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi təcavüzkar və ilhaqçı siyasətidir. Münaqişənin həlli üzrə danışıqlar ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında aparılır və aparılan danışıqların əsas prinsipləri və mahiyyəti dəfələrlə həmsədr ölkələri tərəfindən ifadə edilib. Ş.Köçəryanın münaqişənin mahiyyətini və danıqşıqlar prosesini mənasız və əsassız şəkildə təhrif edilməsi cəhdi ucuz erməni təbliğatından başqa bir şey deyildir".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 190 11.10.19 21:26