Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi “Barış pınarı” (Sülhün mənbəyi) əməliyyatı ilə bağlı bəyanat yayıb.
Nazirliyin rəsmi saytında dərc olunan bəyanatda deyilir:
“Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və beynəlxalq ictimaiyyətin terrorizmə qarşı mübarizədə səylərini dəstəkləyir.
Bu mənada, biz əminik ki, Türkiyə hökuməti tərəfindən bəyan edildiyi kimi, Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi “Sülhün mənbəyi” əməliyyatı Suriyanın ərazi bütövlüyü çərçivəsində terror riskinin aradan qaldırılmasına, qaçqınların öz evlərinə qayıtmasına, humanitar problemlərin həll edilməsinə, sülh və sabitliyin təmin edilməsinə xidmət edəcək”.