Heydər Əliyev Fonduna Beynəlxalq Xeyriyyəçilik Forumunun “Strateji əməkdaş” statusu verilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

Heydər Əliyev Fonduna Beynəlxalq Xeyriyyəçilik Forumunun “Strateji əməkdaş” statusu verilib

“Çin Xalq Xarici Ölkələrlə Dostluq Assosiasiyası” və “Sülh və İnkişaf üçün Çin Dostluq Fondu” tərəfindən Çin Xalq Respublikasının Şencen şəhərində BMT tərəfindən rəsmi tanınan 4-cü Beynəlxalq Xeyriyyəçilik Forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Avropa, Amerika və Asiya regionunda fəaliyyət göstərən xeyriyyəçi təşkilatların rəhbərləri və nümayəndələri iştirak edib.

Açılış mərasimində çıxış edən Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Li Syaolin tədbirdə ilk dəfə iştirak edən təşkilatlara minnətdarlığını bildirib.

Forumda Heydər Əliyev Fondunun əsas missiyası, ölkədə və xaricdə həyata keçirdiyi layihələr haqqında məlumat verilib. Eyni zamanda, tədbirdə ilk dəfə iştirak edən Heydər Əliyev Fonduna Beynəlxalq Xeyriyyəçilik Forumu tərəfindən “Strateji əməkdaş” statusu təqdim olunub.

Heydər Əliyev Fondu ilə “Sülh və İnkişaf üçün Çin Dostluq Fondu”nun prezidenti, “Çin Xalq Xarici Ölkələrlə Dostluq Assosiasiyası”nın Baş katibi Li Xikui ilə görüşdə təşkilatlar arasında əməkdaşlıq perspektivləri və 5-ci Xeyriyyəçilik Forumunun 2020-ci ilin sentyabr ayında Bakıda keçirilməsi məsələsi müzakirə olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 181 24.09.19 14:25