Sabah Milli Məclisdə iclasdır - Hansı məsələlər müzakirə olunacaq? » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

Sabah Milli Məclisdə iclasdır - Hansı məsələlər müzakirə olunacaq?

Sentyabrın 13-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçiriləcək.

Median.Az
-ın oxu.az-a istinadən məlumatına görə, iclasda Milli Məclisin yaz və növbədənkənar sessiyaları ərzində komitədə görülən işlər barədə məlumat veriləcək.

Eyni zamanda, İnsan hüquqları komitəsinin 2019-cu il payız sessiyası dövrünə dair işlər planı müzakirəyə çıxarılacaq.

İclasın gündəliyində “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Sosial xidmət haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Peşə təhsili haqqında” qanunlarda dəyişiklik layihələri ikinci oxunuşda müzakirəyə təqdim olunacaq.

Komitə 2019-cu ilin payız sessiyası dövründə Prezidentin, deputatların, Ali Məhkəmənin Baş prokurorun, Naxçıvan Ali Məclisinin qanunvericilik təşəbbüsləri qaydasında təqdim etdiyi qanun layihələrinə baxacaq.

Eyni zamanda, sessiya müddətində beynəlxalq təşkilatların Azərbaycanda fəaliyyət göstərən nümayəndəlikləri ilə əməkdaşlığın qurulması və inkişaf etdirilməsi, İnsan hüquqları üzrə Birgə İşçi Qrupu ilə əməkdaşlığın həyata keçirilməsi və digər məsələlər diqqətdə olacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 141 12.09.19 19:08