Ed Şiran səhnədən gedir » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:10 Ceyhun Bayramov qazaxıstanlı həmkarını Ermənistanla normallaşma prosesi barədə məlumatlandırıb - FOTO  |     13:53 Baş Prokurorluqdan Sumqayıtda azyaşlının ölümündə təqsirləndirilən məşqçi ilə bağlı MÜRACİƏT  |     13:33 Oğuzda əl qumbaraları və sursat aşkarlanıb  |     13:11 Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq  |     12:54 Röya Heydər Əliyevin doğum gününə həsr olunmuş layihəsini təqdim edib - VİDEO  |     12:52 Mayın sonunadək Şuşada "ASAN xidmət" mərkəzi açılacaq  |     12:51 Veteran pulları ilə bağlı sevindirici xəbər- 160 manat...  |     12:48 Sürücülərin NƏZƏRİNƏ: Bakının bir yolu bağlıdır  |     12:47 Bakının məşhur ticarət mərkəzində sahibkar özünü asdı  |     12:46 Kursantlardan ulu öndərin anadan olmasının ildönümü ilə bağlı maraqlı fləş-mob - VİDEO  |     12:44 Azərbaycanda iki tələbə faciəli şəkildə öldü - FOTO  |     12:43 Azərbaycanda prorektorun qətlini sifariş edən rektora HÖKM OXUNDU  |     12:41 Ağcabədidə qəza: 84 yaşlı sürücü ölüb  |     12:40 Azərbaycan nefti cüzi bahalaşıb  |     12:39 Üç gündür itkin düşən azyaşlı tapıldı  |     12:38 Bakıda üç nəfəri qətlə yetirən ömürlük məhkum hökmdən narazıdır  |     12:37 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     12:36 Qobustanda narkotik vasitələrlə əlaqəli iki nəfər saxlanılıb  |     12:34 Həftəsonu Avropanın yaşıl meydanlarında keçiriləcək görüşlərin AFİŞASI  |     12:31 Bu gün Azərbaycan və Ermənistanın XİN başçıları görüşəcəklər  |    

Ed Şiran səhnədən gedir

Əslən Britaniyadan olan məşhur müğənni Ed Şiran gözlənilmədən karyerasına fasilə verib. Qərb mediası Edin bu cür addımını onun ruhi xəstəliyə düçar olması ilə bağlayır.

Musiqiçinin iki ildən çox davam edən "Divide" adlı dünya turunun son konsertində Ed bir müddət karyerasına ara verməyə qərar verdiyini açıqlayıb: "Bu gün dünya turum başa çatır. Həm acı, həm də sevindiricidir. Sizi çox sevirəm. Bu, növbəti il yarım ərzində son konsertimdir".

"Divide" bu günə kimi ən yüksək gəlir gətirən tur kimi tarixə düşüb. Onu təxminən 9 milyon insan canlı seyr edib. Ed verdiyi konsertlərdən ümumi olaraq 755 milyon dollar pul toplayıb.

Fanatlar isə Şiranın çox yorulduğunu və bir şəhərdən digər şəhərə uçub dayanmadan çalışmaqdansa, evində sakitcə yaşamaq istədiyini düşünürlər.

Lakin Qərb mediası fərqli bir versiya irəli sürüb - Edin bu qərarı onun paranoyadan əziyyət çəkməsi ilə bağlıdır.

Bir ay əvvəl musiqiçi ağır əsəb gərginliyini yaşadığını, bütün dostları ilə əlaqələrini kəsdiyini və yalnız yaxın insanları və həyat yoldaşı ilə ünsiyyət saxladığını etiraf edib.

Edin mobil telefonu yoxdur. O, paytaxtdan ayrılıb, Suffolkdakı mütəvazi həyatı seçib. Üstəlik, heç kəsin onun rahatlığını pozmaması üçün hətta qonşularının evlərini də satın alıb.

Musiqiçi deyib: "Klostrofobiyam var, izdiham içərisində ola bilmirəm. İnsanlarla ünsiyyət saxlayıram, bu mənada problem yoxdur. Ancaq kiminsə mənə diqqətlə baxması və ya şəklimi çəkməsi məni narahat edir. Sanki mən insan deyiləm".

2016-cı ildə həyatında baş verən xoşagəlməz hadisədən sonra Şiran dörd ay evdən çıxmayıb: "Yemək sifariş verir və film izləyirdim. Bir şüşə süd üçün də çölə çıxa bilmirdim. Normal bir həyat sürmək, evdən çıxmaq, konsert vermək istədim. Bunun əvəzinə dörd divar arasında oturub kilo aldım".

Ed həmçinin etiraf edib ki, bundan bir müddət öncə onun alkoqol asılılığı olub. Amma musiqiçi içkidən uzaqlaşmağı bacarıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 165 28.08.19 22:30