"Yaxşı ifaçıyam, sənətkar yox. Hamıya "sənətkar" deyilir. Bəs, Tofiq Quliyevə nə deyək?".
Median.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu "Hüseynova bacıları" verilişində deyib.
"Pərviz istedadlı şairdir. Amma onun oxuduğu janra görə onu qəbul etmirik. Şair kimi yaxşılar sırasına layiqdir".
Proqrama qonaq olan Əməkdar artist Elza Seyidcahan da məsələyə münasibət bildirərək, Hüseynin sözlərinə dəstək olub:
"Baxırsan, sosial şəbəkədə paylaşırlar, filankəsə görə, izdiham oldu. Deyirlər, sosial şəbəkədə izdiham oldu . Mənə çatmır bunlar".
Seyidcahan "Şou-biznes qazanında kim qaynasın" sualına da cavab verib. O, yenə də müğənni Damlaya söz atıb. Onun şəklini görən ifaçı "Başqa adam göstərin" sözlərini deyib:
"Axırda hamımızı ac qoyacaqlar. Musiqi bir qidadır. Pərvizlə Türkanı ayırıram və onu şair kimi atıram şou-biznes qazanına.
Roza yolunu çaşıb. Məni İnstaqram yox, hardan çıxarır çıxarsın".
Bir müddət əvvəl Damlanın fotosunu cırıb, onu müğənni hesab etmədiyini deyən Elza, bu dəfə Türkanla Pərviz Bülbülənin şəklini cırıb.