“Eurovision 2011” qalibi Nigar Camal həmkarı Eldar Qasımov kimi yarışma tərəfindən aparılan DNT analizinə razılıq verib.
Median.Az Baku.ws-ə istinadən xəbər verir ki, artıq müğənniyə test paketi göndərilib.
Nigar test paketini açarkən çəkdiyi görüntülərə belə şərh verib:
“Eldara artıq cavab gəldi. İndi mən də baxım görüm genetika bizi haralara aparır. Ulu babalarım, nənələrim hansı hoqqalardan çıxıb, 4 həftə sonra biləcəm”.
Qeyd edək ki, "Eurovision" mahnı yarışmasına qatılan bütün iştirakçılar DNT analizi verməlidirlər. Bu, layihəyə sponsorluq edən şirkətlərdən birinin tələbidir. Onlar bu yolla iştirakçıların hansı millətə ail olduğunu araşdıracaqlar.