Aparıcı Hacı Nuran Hüseynov tədbirlərin birində fotokameramıza tuş gəlib.
Median.Az xəbər verir ki, Axşam.az-a açıqlama verən aparıcı Həcc ziyarətindən danışıb. O bildirib ki, ziyarəti rahat keçib və işinin başına qayıdıb.
Hacı Nuran yeni mövsümdə "Həyat" verilişinin davam edəcəyini deyib:
"Veriliş elə bir formatdadır ki, orada böyük dəyişikliklər edə bilmərəm. Ona görə də olduğu kimi davam edəcək. yenə də yardıma ehtiyacı olanlara kömək etməyə çalışacağıq".
Aparıcı xəstəliyindən də bəhs edib:
"Müalicə alıram. Ayda bir dəfə gedib yoxlanmalıyam. Bu xəstəlik məni 10 kiloqram arıqlatdı".