Keçmiş bələdiyyə sədrini baltalayaraq qətlə yetirən şəxs Ali Məhkəməyə müraciət etdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:19 Tbilisidə aksiyalar davam edir  |     22:48 "Qarabağ"ın keçmiş futbolçusu vəfat etdi  |     22:29 Nail Kəmərlinin evindən oğurluğa cəhd edən şəxs saxlanıldı  |     22:17 Kobaxidze: İğtişaşların hazırlanması barədə dövlət orqanlarında məlumat var idi  |     22:04 “Lufthansa” İsrailə uçuşların dayandırılması müddətini gələn ayın sonunadək uzadıb  |     21:44 Rüfət Səfərovun həbsinə nə səbəb olub?  |     21:23 "The Guardian" qəzetinin jurnalistləri son 50 ildə ilk dəfə tətil edəcək  |     21:16 Keçmiş sədr Ali Məhkəməyə müraciət etdi - 310 min manatlıq torpaq maxinasiyası...  |     21:10 Gömrük əməkdaşlarının əmək haqları 3 aydır niyə verilmir? - DGK rəsmi açıqlama vermir  |     21:03 Yarım milyon manatı mənimsəyən direktor nədən narazıdır?  |     20:57 Yeni il ərəfəsində bölgələrdə ev kirayələmək neçəyə başa gəlir?  |     20:51 Venerada Yerdəki kimi həyat mövcud olub? - Alimlərdən cavab  |     20:43 Bakının Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində qaz kəsiləcək  |     20:37 "Abzas Media" işində təqsirləndirilən şəxslərin istintaqı başa çatıb  |     20:29 Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların səlahiyyətləri genişləndirilir  |     20:23 Azərbaycan Basketbol Liqasında V turun daha bir oyunu keçirilib  |     20:18 Paşinyan: Ermənistan və KTMT münasibətləri geridönüş nöqtəsini keçib  |     20:10 “Təmiz Hava” aylığı çərçivəsində reydlər keçirilib, 2 mindən çox sürücü cərimələnib  |     20:03 İranda təlim təyyarəsi qəzaya uğrayıb, iki nəfər ölüb  |     19:58 İstanbulda 17 nəfər saxta spirtli içkidən zəhərlənərək ölüb  |    

Keçmiş bələdiyyə sədrini baltalayaraq qətlə yetirən şəxs Ali Məhkəməyə müraciət etdi

Astarada tanışını qətlə yetirməkdə təqsirləndirilən Aslan Şüvünəliyevin barəsindəki qərardan kassasiya şikayəti verilib.

Median.Az
Pravda.az-a istinadən xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin baxış iclası hələlik açıqlanmayıb.

Xatırladaq ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aslan Şüvünəliyev 16 il müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Qeyd edək ki, hadisə 1 may 2023-cü il tarixdə Astara rayonu Şümrüd kəndində qeydə alınıb. Belə ki, rayonun Şümrüd kənd sakini, 1996-cı il təvəllüdlü Aslan Şüvünəliyev şəxsi münasibətlər zəminində 1969-cu il təvəllüdlü Eynəli Əzizovu balta ilə xəsarətlər yetirərək qəsdən öldürüb. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

İttihamda qeyd edilib ki, hadisə günü Aslan Astara rayonu Şümrüd kəndində yerləşən ailəsi ilə birgə yaşadığı Eynəliyə məxsus yaylaq sahəsində olub. O, Eynəli ilə birlikdə təsərrüfat işləri gördükdən sonra heyvanları tövləyə qaytarmaq üçün meşəyə gedib. Mərhum isə onun arvadı ilə evdə tək qalıb. Eynəli bundan istifadə edərək təqsirləndirilən şəxsin arvadına sataşıb intim münasibətdə olmaq istəyib. Aslan meşədən qayıtdıqdan sonra həyat yoldaşı ona bu barədə bildirib. O, hiddətlənərək qisas almaq niyyəti ilə Eynəli Əzizovu öldürmək qərarına gəlib, sonra yaylaqdan çıxıb qohumunun obasına tərəf gedən mərhuma saat 16:21-də zəng edib, meşə ərazisində dərədə mal-qaranın ürkü səslərinin gəlməsini eşitdiyini söyləyib. Eynəli Əzizov isə dərəyə tərəf gəlib, Aslan arvadına sataşdığı üçün onunla mübahisə edib. Bu zaman özü ilə əvvəlcədən götürdüyü balta ilə Eynəli Əzizovun bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq, onu xüsusi amansızlıqla qətlə yetirib. Aslan Şüvünəliyev məhkəmədə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib, söyləyib ki, Eynəli Əzizovu onun arvadına sataşdığı üçün öldürüb.

Eynəli Əzizov Həzi Sovqatov adına Şümrüd kənd tam orta məktəbində texnologiya fənni üzrə müəllim işləyib. O, həmçinin sahibkarlıqla məşğul olub. Onun kənddə çoxlu sayda mal-qarası və marketi olub. Bir neçə il bundan əvvəl kəndin bələdiyyə sədri vəzifəsində də çalışıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            96 04.12.24 13:30