Yasamal Rayon Məhkəməsinin qərarı ilə müğənni Tacir Şahmalıoğlunun anası Südabə Allahverdiyeva 25 ildir məskunlaşdığı birotaqlı mənzildən zorla çıxarılır.
Yenicag.az-a açıqlama verən T.Şahmalıoğlukömək istəyib:
“Anamın 82 yaşı var, yaşlı qadındır. İllərdir ki, dünyasını dəyişən qardaşımın ailəsi ilə birgə yaşayır. İndi onu yaşadığı birotaqlı evindən çıxarırlar. Şəhid anasını küçəyə atırlar. Deyirlər, pulun var, gəl apar ananı saxla. Anama qurban olum, onu gözüm üstə saxlayaram, amma o gəlmir. Deyir, oğlumun ətrini o evdən alıram. Xahiş edirəm, kömək etsinlər, şəhid anasına qarşı belə davranmasınlar”.
Qeyd edək ki, sənətçinin anasının evindən çıxarılması xəbərini ölkə.az saytı yayıb.