İllərdir küsülü olan Xalq artistləri Aygün Kazımova, Brilliant Dadaşova və Əməkdar artist Röya Ayxan barışıb.
Barışıq Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konsert zamanı baş verib.
“Crystall Hall”da baş tutan konsertdə kulislərində olan ifaçılar gündüz saat 15:00 radələrindən məkana gəlib.
Barışma prosesi isə Brilliant Dadaşovanın Röyanın otağına gəlməsindən sonra baş tutub.
Belə ki, Xalq artisti otağa gələrək Röyanın kulisindən içki istəyib. Sonra sözarası bildirib ki, içki özünə yox, Aygün Kazımovaya lazımdır.
Röya isə onun bu sözündən sonra Kazımovanı otağına dəvət edərək, onlarla birgə əyləşməyi təklif edib.
Aygün isə Röyanın dəvətini geri çevirməyib və onun otağına gəlib. Birlikdə xeyli vaxt keçirən sənətçilər söhbət edib və əyləniblər.
Brilliant Dadaşovanın isə Aygün Kazımova ilə necə barışması məlum deyil.
Qeyd edək ki, Röya və Aygün 2012-ci ildə aparıcı Kamilə Babayevanın toyunda dalaşıb. Ondan sonra tərəflər mətbuatda və efirdə bir-birinin ünvanın xoş sözlər desələr də, barışıq baş tutmayıb.
Dadaşova və Kazımovanın münasibətləri isə Röya və Aygünün “Kral Müzik Ödülleri”ndə namizəd olub, qalib ola bilməməsindən sonra korlanmışdı.//oxu.az