"Rahat yat canım, tezliklə mən də gələcəyəm" - Anar Nağılbazın ikinci həyat yoldaşı » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:30 Keçmiş bələdiyyə sədrini baltalayaraq qətlə yetirən şəxs Ali Məhkəməyə müraciət etdi  |     13:22 Bakıda aptekə basqın edən şəxs saxlanıldı  |     13:05 Bakıda 86 yaşlı kişini maşın vuraraq öldürdü  |     12:53 Mingəçevirdə 36 yaşlı kişi yeniyetməni döyüb  |     12:49 Azərbaycanda rektorun qızını aldadıb qızıllarını aldılar - FOTO  |     12:44 Pasiyentini ömürlük şikəst edən həkim yenidən məhkəməyə müraciət etdi  |     12:43 Sumqayıtda yol-nəqliyyat hadisəsi olub: Ölən var  |     12:36 "Microsoft"a qarşı 1 milyard dollardan çox antiinhisar iddiası qaldırılıb  |     12:35 Dünyanın ən populyar internet brauzerlərinin adları açıqlanıb  |     12:26 Ağadadaş Ağayevdən balta atdığı qadına PUL TƏKLİFİ - VİDEO  |     12:12 "Apple" şirkəti "iPhone" vasitəsilə öz işçilərini izləyir - İDDİA  |     12:01 "Bavariya"nın 38 yaşlı qapıçısı Noyer karyerasında ilk dəfə birbaşa qırmızı vərəqə aldı  |     11:54 "Günəşli" neft yatağında baş verən faciədən doqquz il keçdi  |     11:52 Makron istefa verməkdən imtina etdi  |     11:49 Bakıda 86 yaşlı kişini maşın vuraraq öldürdü  |     11:46 Yarım milyon manatı mənimsəyən direktor məhkəmənin qərarından narazıdır  |     11:11 Bakıda qadınlar arasında dava: Yaralı xəstəxanaya qaldırıldı  |     22:59 Rüfət Səfərova qarşı xuliqanlıq və dələduzluq maddəllərilə ittiham irəli sürülüb  |     22:56 İran Suriyaya qoşun göndərə bilər - Əraqçi  |     22:50 "BakıKart" problemi nə vaxt həllini tapacaq? - RƏSMİ AÇIQLAMA  |    

"Rahat yat canım, tezliklə mən də gələcəyəm" - Anar Nağılbazın ikinci həyat yoldaşı

Bir həftə əvvəl dünyasını dəyişən Anar Nağılbazın həyat yoldaşı Aytən xanım reperin məzarı üstünə əklil göndərib.

Median.Az
xəbər verir ki, Anarın anası Şərqiyə xanım baku.ws-ə açıqlamasında, Aytənin Azərbaycanda yaşamadığını bildirdi:

"Aytən xaricdə yaşayır. Anarın dostlarına pul göndərib və xahiş edib ki, onun adından əklil hazırladıb bu sözlərlə məzarına göndərsin: "Rahat yat canım, tezliklə mən də gələcəyəm. Sənin Aytənin".

Şərqiyə xanım Aytənin oğlunun pərəstişkarı olduğunu söylədi: "İnternetdə tanış olmuşdular. Bakıya gəldi, bizimlə tanış oldu, sonra çıxıb getdi. İşdən icazə alıb gəlmişdi, çox qala bilmədi. Anar işlərini səhmana salandan sonra onun yanına gedəcəkdi. Yazıq balam, arzusu ürəyində qaldı.

Oğlumu çox sevirdi. İnanın, yazıqlar heç bir həftə bir yastığa baş qoymayıblar. Bilsəniz, bir-birlərini nə qədər çox sevirdilər? Gün ərzində Anarın hər addımı ilə maraqlanırdı. Ordan bura Anarın qulluğunda dururdu. Vaxtlı-vaxtında yeməyini yeməsinə nəzarət edirdi. Deyirdi ki, şəklini çək, inanım ki, yemisən. Anar xəstə idi axı, yaxşı qidalanmalı idi... Oğluma çox ürək-dirək verirdi".

Şərqiyə xanım Aytənin də xəstə olduğunu söylədi: "O da xəstədir. Xərçəngdən əziyyət çəkir. Deyirəm, qızım, özün sağal ki, Anarın ruhu şad olsun. Deyir, yox, sağalmaq fikrim yoxdur, qoy tez ölüm, Anarın yanına gedim. Bax, oğlumu belə çox sevir".

Xatırladaq ki, Anar Nağılbaz 28 mart 1976-cı ildə Xırdalanda anadan olub. Orta təhsilini Xırdalan rayon 1 saylı orta məktəbdə alıb. 4 avqust 2018-ci ildə dünyasını dəyişib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 819 10.08.18 13:33