Ginnesin Rekordlar kitabına düşən, Üzeyir Novruzov dünyaşöhrətli, aktyor Ceki Canla görüşüb.
Baku.ws-in məlumatına görə, Üzeyir "İnstagram” bloqunda yerləşdirdiyi fotoya bunları yazıb:
“Ceki Canla görüşməyim sürpriz oldu mənim üçün. Əfsanəvi insanın əlindən hədiyyə almaq qürur duydum”.
Xatırladaq ki, azərbaycanlı sirk ustası Üzeyir Novruzov hazırda ABŞ-ın Las-Veqas şəhərində yaşayır və 2015-ci ildə qatılıdığı "America's Got Talent” yarışmasında nərdivanla sərgilədiyi çıxışı ilə məşhurluq əldə edib. O, 6 metrlik nərdivanda 7 dəqiqə 50 saniyə qalmaqla Ginnesin Rekordlar Kitabına düşüb.
Rekordun yenilənməsinin təsdiqlənməsi mərasimi Çinin paytaxtı Pekində keçirilib.