Bayılda sürüşmə: 4 ev dağılıb – FOTO + YENİLƏNİB » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:27 Bakıda ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülüb  |     13:19 Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı  |     23:01 Xərçəng xəstəliyi ilə bağlı önəmli araşdırma: D vitamini nəyə qadirdir?  |     22:49 Tibbi arayışların elektronlaşması nə vəd edir? (AÇIQLAMA)  |     22:36 “Xarıbülbül” eksklüziv, limitli kolleksiyasına daxil olan xalçaların kəsim mərasimi keçirilib  |     22:29 Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib  |     22:20 Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək  |     22:14 Salyanda avtomobil traktorla toquşub, xəsarət alan var  |     22:07 "Dərinsulu Günəşli" platformasından hasilat müvəqqəti dayandırılıb  |     22:00 Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olanların sayı açıqlanıb  |     21:48 Füzulidə 3 otaqlı ev yanıb  |     21:41 Ermənistanda delimitasiyaya etiraz edən şəxslər İrəvan-Sevan yolunu bağlayıb - VİDEO  |     21:35 Azərbaycan cüdoçusu Avropa çempionu olub  |     21:29 Buğdanın qiyməti niyə ucuzlaşır? (ŞƏRH)  |     21:22 Azərbaycanda bu məşhur zavod bağlanır  |     21:14 İstanbul terrorçusu 7 ömürlük və 1794 il həbs cəzası aldı  |     21:08 Talıb Talenin toyu olacaq (VİDEO)  |     20:49 Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb  |     20:42 Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var  |     20:39 MTK və sakinlər qarşı-qarşıya: Yeddi ildir kirayədə yaşamağa məcburuq - VİDEO  |    

Bayılda sürüşmə: 4 ev dağılıb – FOTO + YENİLƏNİB

Bayıl yamacında baş verən sürüşmə nəticəsində 4 ev tamamilə dağılıb.

Median
.Az APA-ya istinadən xəbər verir ki, bunu Səbail rayon İcra Hakimiyyəti başçısının müavini, Fövqəladə hallar komissiyasının sədri Abid Əliyev deyib.

O bildirib ki, dağıntılar yola tökülüb: “Hadisə nəticəsində xəsarət alan yoxdur. Çünki 15 gün əvvəl bütün evlər boşladılmışdı. Ərazidə yaşayış yoxdur. Bura təhlükəli ərazi kimi müəyyənləşdirilib və sürüşmə aktivləşən gündən ərazinin sakinləri köçürülüb, qaz, işıq, su verilməsi dayandırılıb”.

A.Əliyev deyib ki, yağış yağan günlərdə həmin ərazidə mütəxəssislər tərəfindən tədqiqatlar aparılırdı: “Bu proses daimi nəzarətdədir. Yağışlar yağdıqdan sonra ərazidə təhlükə artıb, artıq sürüşmə aktivləşib. Proses davam edir. FHN əməkdaşları, seysmoloqlar, aidiyyatı mütəxəssislər ərazidə işləyir, məsələni aydınlaşdırır.

Gündüzlər sakinlər evlərinə gəlib baxırlar. Gecələr ümumiyyətlə, yaşamağa icazə verilmir. Polis əməkdaşları tərəfindən bu ərazi nəzarətə götürülüb. 90-a yaxın ailəni siyahıya almışıq. Siyahı Nazirlər Kabinetinə təqdim olunub. Qərar qəbul olunsa ki, burda yaşamaq təhlükəlidir, evlərinə qayıda bilməzlər, o halda onlara yaşamaq üçün dövlət tərəfindən kirayə haqqının ödənilməsi məsələsi qaldırılacaq”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya bildirib ki, Bayıl yamacında sürüşmə sahəsi aktiv fazadadır.

Onun sözlərinə görə, hazırda əraziyə baxış keçirilir: “Çatlarda dərinləşmə 5-6 metrə çatıb”.

* * * * *

Bakı şəhəri, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bayıl sürüşmə zonasındakı əraziyə baş çəkib.

Median.Az
Report-a istinadən xəbər verir ki, icra başçısı ərzidə yaşayan sakinlərlə görüşüb.

Görüş zamanı mübahisə düşüb. İcra başçısı vəziyyətlə tanış olub və sakinlərin hamısının ərazidən köçürülməsi ilə bağlı tapşırıq verib. Ə.Əzizov həmçinin sakinlərin əşyalarının daşınmasına yardım olunmasını da tapşırıb.

Rayon İH başçısı bildirib ki, hazırda danışıqlar gedir, gələn həftənin əvvəlində evlərindən köçürülən sakinlərə kirayə pulları veriləcək.

E. Əzizov yaşamaq üçün yeri olmayan sakinlərə orta məktəbdə yer ayrıldığını, onların gündə 3 dəfə isti yeməklə təmin olunduğunu da açıqlayıb.

Qeyd edək ki, Səbail rayonunun ərazisindəki Bayıl yamacında sürüşmə qeydə alınıb. Hadisə nəticəsində bir neçə evə ciddi ziyan dəyib, elektrik dirəkləri aşıb. Fövqəladə Hallar Nazirliyinin və digər müvafiq qurumların nümayəndələri ərazidədirlər.









скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 146 10.02.18 17:21