Elnurdan gözlənilməz qərar: "Daha oxumayacağam" » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:03 Dili bilməyən tələbələr ingilis bölməsində necə oxuyurlar?  |     22:52 Çanaqqala boğazında gəmilərin hərəkəti dayandırılıb  |     22:41 Xroniki yorğunluqdan əziyyət çəkənlər oxusun  |     22:29 Tramp: Venesuela qanunsuz miqrantları qəbul etməyə razılaşıb  |     22:11 Qəhvə beyinə necə təsir edir? – Maraqlı araşdırma  |     22:02 ANAMA sədrinin birinci müavini Bəhruz Məmmədov vəzifəsindən azad edildi  |     21:50 Bakı-Quba yolunda ağır qəza - Avtobus yük maşını ilə toqquşdu  |     21:37 “Qarabağ” yenə gerilədi  |     21:25 Paşinyan Trampdan rədd cavabı aldı  |     21:17 9 yaşlı uşaq zəhərlənib öldü  |     21:08 Yaxın günlərdə Kamçatkada güclü vulkan püskürə bilər  |     20:55 Azərbaycanda 255 min nəfər pulu olmadığı üçün ərzağı nisyə alıb - Rayonlar üzrə siyahı  |     20:40 Xəstəxanaya yerləşdirilən Nazimin səhhəti necədir? - AÇIQLAMA  |     20:37 Fərqanəyə uçan Özbəkistan təyyarəsi Türkmənistanda məcburi eniş edib  |     20:22 Hikmət Hacıyev İrana getdi - Mühüm görüşlər keçirdi  |     20:07 Qazaxıstan BMT reytinqində kibertəhlükəsizlik üzrə liderlərin ilk üçlüyünə daxil olub  |     19:59 Türkiyə Ordusu İraqda iki terrorçunu öldürüb  |     19:54 İsrail 183 fələstinli məhbusu azad edib  |     19:46 İrəvan sakinləri nəqliyyatda gediş haqqının bahalaşması ilə bağlı meriyanın qərarını boykot edirlər  |     19:39 Koreyada iki balıqçı gəmisi saya oturub, bir nəfər ölüb  |    

Elnurdan gözlənilməz qərar: "Daha oxumayacağam"

Uzun müddətdir efirlərdən və mediadan kənar gəzən müğənni Elnur Məmmədov toyunda onu görmək istəyən şəxslərə xəbərdarlıq yollayıb. Beləki məşhur bundan sonra toylarda çıxış etməyəcək. El şənliklərindən imtina edən Elnur bir çox məsələlərə aydınlıq gətirib.

Sənətçini artıq el şənliklərində ifa etməyəcəyini elan edib:

“Artıq toy bazarında məni görməyəcəklər, el şənliklərindən imtina edirəm, daha oxumayacam. Bunun da səbəbləri var. Bilirsiniz ki, toy şənliklərinin ayrıca repertuarı olur, istər-istəməz özünə uyğun bilmədiyin mahnıları oxumaq məcburiyyətində qalırsan. İstəyirəm hamı məni səhnə müğənnisi kimi görsün. Bundan sonra yalnız sənətimlə məşğul olacam. İstər Azərbaycanda, istərsə də xarici ölkələrdə solo-konsertlər vermək fikrindəyəm. Onsuz da Azərbaycanda az-az oluram, vaxtımın çoxu səyahətlərdə keçir".

Müğənnilərin gəlir yeri yalnız toylardır. Çünki Azərbaycanda müğənnilər konsertlərdən qazanc əldə edə bilmirlər. Burada maraqlı bir məqam ortalığa çıxır. Bəs toylarda çıxış etməkdən imtina edən Elnur, bundan sonra hansı yolla dolanacaq? Məlumata görə, sənətçi xarici ölkələrin birində şəxsi biznes açıb. Özünü müğənni kimi təsdiqləyən Məmmədov, bundan sonra özünü iş adamı kimidə sınayacaq.

“Mən də bilirəm ki, müğənninin gəlir yeri yalnız toylardır. Lakin səhnəni daha üstün tuturam. Qaldı ki, biznesimə, bu məsələ mənə aiddir, bu barədə danışmaq istəmirəm”, - deyə müğənni əlavə edib./baku.wsскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 748 07.02.18 18:49