Müğənni Roza Zərgərli “Sənsiz olmur” adlı yeni mahnısını təqdim edib.
Ancaq bu mahnının Xalq artisti Faiq Ağayevin 2001-ci ildə işıq üzü görən “Ayrılma məndən”i ilə eyni akkordlar üzərində yazılması diqqətdən qaçmayıb. Mahnıları fərqləndirən isə onların melodiyalarının fərqli olmasıdır.
Qeyd edək ki, “Ayrılma məndən”in musiqisi Nailə Mirməmmədliyə, 17 il sonra yazılan “Sənsiz olmur”un bəstəsi isə Xanım İsmayılqızına məxsusdur.//oxu.az