ATV telekanalının efirində canlı yayımlanan "ATV Səhər" verilişində qonaq olan məşhur aparıcı və prodüser Murad Dadaşov "Maşın" realiti-şousunun növbəti buraxılışının vaxtını açıqladı.
ATV.az xəbər verir ki, artıq bir-neçə iştirakçısı müəyyənləşən bu şoynun may ayının ortasında başlayacağını qeyd edən Dadaşov onların adlarını açıqlamasda da iştirakçıların sayını dəiışməyəcəyini, yəni ənənəvi olaraq 18 nəfər olacağını qeyd etdi.