Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Mahnısı ermənilər tərəfindən oğurlanan Ağadadaş Ağayevdən AÇIQLAMA - VİDEO

18.03.2024 17:47 2 802
Mahnısı ermənilər tərəfindən oğurlanan Ağadadaş Ağayevdən AÇIQLAMA - VİDEO
“Dodağına gülüş qonub” mahnısını oxuduğum tarixdən 45 il keçir. Bu mahnını məndən sonra bu sözlərlə oxuyan saysız-hesabsız sənət adamları var. Türkiyədə də, Özbəkistanda da var... Bir sözlə, bütün türk dilli xalqlarda. “Dodağına gülüş qonub” mahnısı mənim sənətimin “pasportu”, “vizit kartı”dır. Bu mahnının sözləri və musiqisi mənə aiddir. Bu erməni dığaları utanmadan, həyasızcasına bu nəğməmi oxuyublar. Onlar bir çox mahnılarımızı oğurlayıblar, sonra da bütün dünyaya yayırlar ki, bu da bizimdir”.

Bu sözləri Xalq artisti Ağadadaş Ağayev Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.

Sənətkar erməni müğənnisi Armen Aloyanın onun mahnısını oğurlayaraq ifa etməsinə sərt şəkildə reaksiya bildirib:

“Tək “Dodağına gülüş qonub” mahnımı deyil, eyni zamanda bir sıra digər nəğmələrimi də ermənilər oğurlayaraq ifa ediblər. 20 yaşlı erməni qız da mahnılarımı oxuyub. Onlar mənim “Sən oldun” mahnıma da girişməyə başlayıblar. Bu nəğməni isə mən Baba Vəziroğlu ilə yazmışam.

Musiqisini mən bəstələmişəm, o da sözlərini yazıb. Bunları danışmaqda məqsədim odur ki, mən tənbəl adamam. Gedib Müəllif Hüquqları Agentliyinə müraciət etməmişəm. Oradan mənə bəlkə 50 dəfədən artıq zəng ediblər. Mənim 100-ə yaxın yazdığım mahnım var. Onları mütləq şəkildə qeydiyyatdan keçirəcəyəm. Bu işləri isə oğluma tapşırmışam. Musiqilərdəki notları çıxarıb Agentliyə təqdim edəcəyəm”.

Erməniləri xain adlandıran müğənni nəğmələrində Azərbaycan çalarlarının açıq şəkildə hiss edildiyini deyib:

“Onlar yalnız öz sözləri ilə bu mahnını oxuyublar. Bu nəğmədə təmiz Azərbaycan çalarları var. Əgər mən bu mahnını başqa xalqdan götürsəydim, onların şivəsi hiss edilərdi. Bu nəğməni 19-20 yaşımda oxumuşam. Mahnımı oxuyan Armen Aloyan nəyin ki, bərbad oxuyub, musiqisini də bərbad çalıblar.

Çox istəyirəm ki, bu hadisə səssiz ötüşməsin. Məsələ dövlət səviyyəsində müzakirəyə çıxarılsın və mahnılarımızı oğurlayan ermənilər cəzalandırılsınlar. Beləcə, digərlərinə də dərs olar”, - deyə Ağadadaş Ağayev əlavə edib.

Son xəbərlər