Azərbaycana gələn reperin Şəmkirdəki ferması sökülür - VİDEO - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:03 Dili bilməyən tələbələr ingilis bölməsində necə oxuyurlar?  |     22:52 Çanaqqala boğazında gəmilərin hərəkəti dayandırılıb  |     22:41 Xroniki yorğunluqdan əziyyət çəkənlər oxusun  |     22:29 Tramp: Venesuela qanunsuz miqrantları qəbul etməyə razılaşıb  |     22:11 Qəhvə beyinə necə təsir edir? – Maraqlı araşdırma  |     22:02 ANAMA sədrinin birinci müavini Bəhruz Məmmədov vəzifəsindən azad edildi  |     21:50 Bakı-Quba yolunda ağır qəza - Avtobus yük maşını ilə toqquşdu  |     21:37 “Qarabağ” yenə gerilədi  |     21:25 Paşinyan Trampdan rədd cavabı aldı  |     21:17 9 yaşlı uşaq zəhərlənib öldü  |     21:08 Yaxın günlərdə Kamçatkada güclü vulkan püskürə bilər  |     20:55 Azərbaycanda 255 min nəfər pulu olmadığı üçün ərzağı nisyə alıb - Rayonlar üzrə siyahı  |     20:40 Xəstəxanaya yerləşdirilən Nazimin səhhəti necədir? - AÇIQLAMA  |     20:37 Fərqanəyə uçan Özbəkistan təyyarəsi Türkmənistanda məcburi eniş edib  |     20:22 Hikmət Hacıyev İrana getdi - Mühüm görüşlər keçirdi  |     20:07 Qazaxıstan BMT reytinqində kibertəhlükəsizlik üzrə liderlərin ilk üçlüyünə daxil olub  |     19:59 Türkiyə Ordusu İraqda iki terrorçunu öldürüb  |     19:54 İsrail 183 fələstinli məhbusu azad edib  |     19:46 İrəvan sakinləri nəqliyyatda gediş haqqının bahalaşması ilə bağlı meriyanın qərarını boykot edirlər  |     19:39 Koreyada iki balıqçı gəmisi saya oturub, bir nəfər ölüb  |    

Azərbaycana gələn reperin Şəmkirdəki ferması sökülür - VİDEO - FOTO

Rusiya şou-biznesində “Navai” təxəllüsü ilə fəaliyyət göstərən, “HammAli&Navai” duetinin keçmiş solisti Nəvai Bəkirovun Şəmkir rayonunda tikintisini apardığı ferması sökülür.

Azərbaycanəsilli rep ifaçısı bu barədə özünün sosial media hesabında xəbər verib və kadrlar paylaşıb.

“Şəmkir meriyası fermanı sökmək üçün kiçik kəndimizə gəlib. Kömək edən və etməyən hər kəsə təşəkkür edirəm”, - deyə o, bildirib.

O, fermada mal-qaranın su içməsi və balıqçılıq üçün hətta göl tikintisi işlərinin getdiyini deyib.

Bir sözlə, Dubay və Tailanddan sonra kəndə gəldim və ilhamlandım. Qərara gəldim ki, dünya dərdlərindən uzaq dura biləcəyim, həmçinin təbiətə və heyvanlara daha yaxın ola biləcəyim yer tikim. Torpaq nənəmin mülkü olduğu üçün tikintiyə başladım. Məlum oldu ki, bu torpaq əkinçilik üçün nəzərdə tutulub, əslində elə gördüyüm iş də budur, ancaq dedilər “yox!” və sökməyə başlayıblar. Axı şəhərin mərkəzində hündürmərtəbəli biznes mərkəzi tikmirəm...

Kədərliyəm, çünki müraciət etməliyəm, amma bilmirəm, bacarmıram və etməyəcəyəm. Ümid edirəm ki, hökumətdən kimsə bunu görüb mənə kömək edəcək!”, - deyə Nəvai bildirib.





скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 464 20.02.24 21:00