Namiq Qaraçuxurlu "Netflix"də seriala çəkiləcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:59 Tarixi abidənin üzərində qanunsuz tikinti apardılar: Qurum məsələyə qarışdı - VİDEO  |     22:40 Qırğızıstan vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə etdi  |     22:32 Bakıda yeni magistral yol salınır: Bu obyektlər söküləcək - Video  |     22:29 Sabah Saatlının 5 kəndində qaz təchizatının dayandırılması planlaşdırılır  |     22:25 İran CNN-ə raketlərini göstərdi: İsrail bunlarla vurulub  |     22:19 Rus ordusu daha bir kəndi ələ keçirdi  |     22:13 Narkotikin təsiri altında maşın sürən şəxs saxlanıldı  |     22:01 Putin “Crocus City Hall”dakı terrorda insanlara yardım edən gəncləri mükafatlandırıb  |     21:56 Bu qəsəbələrdən şəhərə yeni marşrutlar açılır  |     21:50 Yeni qərar qiymət artımına təsir edəcək?  |     21:38 Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını AÇIQLADI  |     21:30 Azərbaycanda yaşayan ukraynalılar Kiyevə dəstək bəyanatı ilə çıxış ediblər  |     21:22 Bakıda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb  |     21:15 Milli Məclisdə boş qalan deputat yerlərinin sayı 10-a çatıb  |     21:10 "Barselona" klubu Pedrini satışa çıxaracaq  |     21:02 Qanunsuz balıq ovu edənlər saxlanılıb  |     20:55 Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb  |     20:46 Türk mədəniyyəti irsinin rəqəmsal platforması yaradıla bilər  |     20:37 Qubada qanunsuz kömür quyuları aşkarlanıb, 7 nəfər cərimələnib  |     20:30 Binəqədidə AKS markalı avtomat tapılıb  |    

Namiq Qaraçuxurlu "Netflix"də seriala çəkiləcək

Meyxanaçı Namiq Qaraçuxurlu bundan sonra Türkiyədə şirkətlə çalışacaq.

Median.Az
axşam.az-a istinadən bildirir ki, sənətçi Azərbaycanda verilişlərə qatılmaq üçün onlardan icazə alacaq. Bu haqda "10-da görüşək" verilişində danışan Namiq bunları əlavə edib:

"Verilişə gəlməzdən əvvəl orada prodakşına göstərirəm, icazə alıram. Elə bilirlər burada pul yığıb, Türkiyədə xərcləyirəm. Yox, burada qazandığımı bura verirəm. Orada dostlarım təklif etdi, mən də razılaşdım. Fərqlilik olur və keyfiyyət yaxşıdır. Orada filmə də çəkiləcəm. Çalışdığım studiya "Netflix"də seriallar çəkir. Onlardan birində çəkilmə planım var.

Orada aktyorluq təcrübəmdən istifadə edəcəm. Türkiyəyə gedəndə otelə qədər prodaqşın etdi. Hətta biletimi də alırdılar, imkan vermədim ki, özüm də nəsə edim".

Namiq pandemiya vaxtında maddi sıxıntı yaşamadığını söyləyib:

"6-7 ay fəaliyyətimə fasilə verdim. Çoxu deyirdi ki, onsuz toy yox idi, nə edəcəkdin? Amma deyim ki, pandemiya vaxtında normal pul qazandım. Şəxsi dəvətlər olurdu: kiminsə övladının ad günü olub, mahnı yazmışam. Hədiyyə istəyiblər, bəstələmişəm. Allah ruzimi hər zaman verib. Pandemiyada ev də təmir etdim, başqa şey də".

Qızı Saranın görüntüsünü İnstaqramda yayımlayan Qaraçuxurlu "İlk səbəb odur ki, özü istəmirdi. Balaca olanda deyirdim, böyüsün, soruşum özündən. İndi isə istəyir. Özü də nələrsə çəkir. İndi istəyirəm yayımlayım. Hərdən içimdən gəlir xoş hissləri paylaşım. Birdən nəsə pis şərh yazarlar. Əgər onu götürməyəcəmsə, niyə paylaşım?" deyə, əlavə edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            468 29.07.21 20:15