Bu qəsəbələrdən şəhərə yeni marşrutlar açılır » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:35 Danimarka Ukraynaya hərbi yardım göndərəcək  |     11:33 Hikmət Hacıyev ABŞ-də dövlət katibinin müavini ilə görüşüb  |     11:30 Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub  |     11:30 “Microsoft”dan köhnə kompüterlər barədə qadağa  |     11:25 10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA (VİDEO)  |     23:01 Britaniya hərbi attaşesi Rusiyadan qovuldu  |     22:46 "Bolmart"ın yediyi səki "bərpa" edildi: görün necə? - FOTO  |     22:39 Parkinqdə avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - AÇIQLAMA - VİDEO  |     22:32 Ermənilər Xeyrimlidə vəziyyəti gərginləşdirmək istəyir  |     22:24 Gələn həftə 3 gün iş olmayacaq? - Rəsmi açıqlama  |     22:16 Əməkdar artistə ağır itki  |     22:06 Cehiz üçün nə qədər pul lazımdır? (VİDEO)  |     21:59 Türkiyə Prezidenti: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir  |     21:52 Bakıda axtarışda olan qadın saxlanılıb  |     21:45 "Qəbələ"nin azərbaycanlı futbolçuları I Liqada oynamağa hazırdırlar?  |     21:38 Rusiyanın “Unistream” ödəniş sistemi Gürcüstana pul köçürmələrini bərpa edib  |     21:30 Azərbaycanda küləkli hava şəraiti xəbərdarlığı rəng şkalası ilə təqdim olunmağa başlanılıb  |     21:27 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək  |     21:26 CAR Azərbaycanda diplomatik missiya açmaq niyyətindədir  |     21:22 Bu il pensiya ödənişlərinə 2 milyard 152 milyon manat yönəldilib  |    

Bu qəsəbələrdən şəhərə yeni marşrutlar açılır

Azərbaycanda mobilliyin transformasiyası proqramı çərçivəsində yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb.


Bu barədə Qaynarinfo-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.


Yeni marşrut şəbəkəsi yeni avtobus zolaqları şəbəkəsi ilə birlikdə tətbiq ediləcək.


İlk olaraq marşrut şəbəkəsinin Hövsan, Mərdəkan və Şüvəlan qəsəbələrinə fəaliyyət göstərəcək 5 yeni marşrut üzrə tətbiqi nəzərdə tutulur. Bu məqsədlə Hövsan qəsəbəsi (MİDA) – "28 May” metro stansiyası istiqaməti üzrə 120, Hövsan qəsəbəsi (Mərkəz) – "28 May” metro stansiyası istiqaməti üzrə 120E, Hövsan qəsəbəsi (MİDA) – Əhmədli metro stansiyası istiqaməti üzrə 121E, Şüvəlan qəsəbəsi – "Koroğlu” metro stansiyası istiqaməti üzrə 140, Mərdəkan qəsəbəsi – "Koroğlu” metro stansiyası istiqaməti üzrə 140E nömrəli müntəzəm və ekspres avtobus marşrutları müsabiqəyə təqdim edilib. Ekspres marşrutlar sərnişin daşımalarının daha sürətli təmin edilməsinə şərait yaradacaq. Təşkil ediləcək marşrut şəbəkəsində yeni nömrələmə tətbiq ediləcək.


Yeni marşrut şəbəkəsi xidmət səviyyəsinin yüksəlməsini təmin edəcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            174 02.05.24 21:56