Məhkəmə müğənniyə bəraət verdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:06 Kür çayında suyun səviyyəsi azalıb  |     19:53 Gürcüstan əhalisi azalır  |     19:39 Bakı metrosunda sərnişin öldü  |     19:32 Ermənistanda İrana məxsus avtobus aşdı: Ölənlər var  |     19:19 İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var  |     19:01 “Krokus” terroruna görə daha bir nəfər həbs edildi - FOTO  |     18:58 Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə Məlumatı  |     18:49 Abşeronda dəhşətli QƏTL: Dostunu bir yumruqla öldürüb basdırdı  |     18:46 KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib  |     18:26 Tovuzda qəza: Üç nəfər xəsarət alıb  |     18:04 Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? (AÇIQLAMA)  |     17:51 Rusiyada gənc qız başqasının yük maşınına minərək onu insanların üstünə sürdü (VİDEO)  |     17:41 Türkiyə toyuq ətinin ixracına qadağa tətbiq etməyə hazırlaşır  |     17:37 Azərbaycan hərbçiləri Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər  |     17:23 60 yaşlı qadın dünya gözəli seçildi - FOTO  |     17:05 Azərbaycanda müəllim vəfat edib - FOTO  |     16:52 Avropa çempionatı: Azərbaycanın 2 cüdoçusu yarımfinala yüksəlib  |     16:29 “Şeytan çarxı” fəaliyyətini dayandırıb? - RƏSMİ AÇIQLAMA  |     16:09 Bakıda qızıl mağazasından oğurluq edən şəxs ƏLƏ KEÇDİ - FOTO/VİDEO  |     16:06 “Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib  |    

Məhkəmə müğənniyə bəraət verdi

Xuliqanlıqda təqsirləndirilən müğənni Elnar Xəlilov və dostu Müşfiq Ələkbərovun cinayət işi üzrə Xəzər Rayon Məhkəməsində keçirilən məhkəmə prosesi başa çatıb.

“Report”un xəbərinə görə, sonuncu iclasda ittiham olunan şəxslərə hökm oxunub.

Hökmə əsasən, E.Xəlilova bəraət verilib, M.Ələkbərov isə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Bundan narazı qalan iş üzrə zərərçəkmiş Anar Qurbanov apellyasiya şikayəti, dövlət ittihamçısı isə apellyasiya protesti verib.

Hazırda şikayət və protestə Bakı Apellyasiya Məhkəməsinin hakimi Qədim Babayevin sədrliyi ilə baxılır. İlk iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə prosesi aprelin 1-də davam etdiriləcək.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, 2019-cu il oktyabrın 22-də gecə saat 02:30-da Elnar Xəlilovla dostu Müşfiq Ələkbərov Heydər Əliyev adına Beynəlxalq Hava Limanının qarşısındakı dayanacaqda avtomobillərini park edərkən digər sürücü Anar Qurbanovla aralarında yaranmış mübahisə nəticəsində əlbəyaxa dava ediblər. Bu zaman Elnar Xəlilov və Müşfiq Ələkbərov Anar Qurbanovun baş və sifət nahiyəsinə əl və ayaq zərbələri ilə xəsarətlər yetirərək şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq ediblər.

Faktla bağlı Hava Nəqliyyatında Polis İdarəsində araşdırma aparılıb və Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.

E.Xəlilova və M.Ələkbərova qeyd olunan maddədə nəzərdə tutulan ittiham elan olunub və barələrində başqa yerə getməmək haqqında intizam qətimkan tədbiri seçilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            816 24.03.21 15:43