Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:49 "Xruşşovka"larda yeni dövr başlayır: Binaların taleyi necə olacaq? | 17:09 Leyla və Arzu Əliyevalar "Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər - Foto | 17:05 Sabah Bakıda külək güclənəcək - Xəbərdarlıq | 16:06 Jurnalist Elnur Şükürov həbs edildi | 16:04 Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı | 15:46 Şagird sevdiyi qıza görə 16 yaşlı həmkəndlisini bıçaqladı | 15:44 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib | 15:41 Tofiq Əliyev dünya çempionatında gümüş medal qazandı | 15:27 İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - Foto | 15:24 Bakı-Şamaxı yolunda mikroavtobus aşdı: Ölən və yaralanan var | 15:23 Azərbaycanlı bacı-qardaş dünya çempionatında gümüş medal qazandı | 15:14 İlham Əliyev bir nəfərə "general-leytenant", üç nəfərə "general-mayor" rütbəsi verdi | 15:11 Prezident Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO | 15:08 Sabah Bakıda intensiv yağış yağacaq | 14:52 İsa Həbibbəyli ilə Ramiz Mehdiyev arasında nə baş verib? - AMEA detalları açıqladı | 14:29 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub - FOTO | 14:12 Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb - FOTO | 14:09 İranda nüvə hücumuna hazırlıq başladı: Əhaliyə yod paylayır | 14:07 Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi | 14:05 Azərbaycan nefti bahalaşıb |
Mojo.az Avto
Mojo.az Avto

Xalq artisti: “Bəhram yüksək səslə danışdığı üçün səs tellərini zədələmişdi” - VİDEO

20.06.2020 20:43 3 724
Xalq artisti: “Bəhram yüksək səslə danışdığı üçün səs tellərini zədələmişdi” - VİDEO
“Bəhramla əlaqə yaratmağa çalışdım, amma ondan cavab gəlmədi. Nigaran qaldım. Sonra “Instagram”da baxıb bildim ki, xoşagəlməz hadisə ilə üzləşib. Bəhramın səhhəti ilə bağlı xəbər almaq üçün dostum Cabir İmanovla danışdım. Biz bilirdik ki, onun səsində problem var idi. O, səhnədə yüksək səslə danışdığı üçün səs tellərini zədələmişdi. Amma Bəhramın bu dərəcədə xəstələnəcəyi ağlımıza gəlməzdi”.

Median.Az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova “Xəzər” televiziyasında yayımlanan “X Maqazin” proqramına verdiyi müsahibəsində deyib.

Əməkdar artist B. Bağırzadənin insanlara müsbət enerji bəxş etdiyini söyləyən sənətçi onunla sosial şəbəkədə hər gün ünsiyyət qurduğunu vurğulayıb:

“Bəhram hər zaman qarşısındakı şəxsləri sevindirən, təbəssüm bəxş edən insandır. O, hər gün “What’sApp”ıma üç-dörd gülüş doğuran videolar, yazılar yollayırdı. Amma birdən-birə xəstələnməsi bizi çox sarsıtdı.

Bəhram heç zaman xəstəliyini mənlə bölüşməyib. Əsl sənət insanları heç zaman boş şeylər üzərində piar qurmurlar. Onlar insanlara yalnız müsbət əhval-ruhiyyə bəxş edib və sevincini bölüşmək istəyirlər. Kədərlərini isə təklikdə yaşayırlar. Lakin zaman göstərir ki, bu düzgün addım deyil. Şəxsən mən görürəm ki, insanlarla sevincini bölüşdüyün kimi kədərini də bölüşməlisən”.//oxu.az

Son xəbərlər