Elnarə Abdullayevaya çıxıb nə deyə bilərlər ki, Elnarə Abdullayevanı yandırar?
Median.Az milli.az-a istinadən xəbər verir ki, sualı aparıcı olduğu proqramda Tarix Əliyev (Tolik) xanənda xanıma ünvanlayıb.
Elnarə Abdullayevanın cavabı kəskin alınıb:
"Mənə heç kim heç nə deyə bilməz. Allah bundan belə mənim ağlımı əlimdən alıb eldə gülünc eləməsin, öz yanına üzü qara aparmasın.
Mən 10 il bir ayaqqabını niyə geyindim? - Bütün oxuyanlar, müəyyən adamlar mənim yanımda "forslanıb" oyana gedirdilər, bu yana gedirdilər salam da vermirdilər. Nə var-nə var, bir az yaxşı maşını var, yaxşı geyimi var. Amma bütün geyimlər gəlir təzədən insana. Mənə də həmən maşınlardan gəldi, ev də gəldi, geyim də gəldi. Amma insana gedib qayıtmyan bir qeyrətidir, vicdanıdır. Getdisə, qayıtmayacaq. Ona görə gənclərə bir şey deyəcəm - Allah təala hər şeyi qismət edir insana. Özünüzdən, cisminizdən, mənəviyyatınızdan müğayət olun".