Aygün Bayramovadan bəzi həmkarlarına ittiham: Sosial şəbəkələrin hesabına meydan sulayırlar » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:56 Azərbaycanın Yüksək Liqasında daha iki görüş baş tutub  |     22:42 Tbilisidə etiraz aksiyasında ölkə parlamentinin yerləşdiyi binanın pəncərələri sındırılıb  |     22:17 Metronun "Həzi Aslanov" stansiyasında işlər nə vaxt yekunlaşacaq?  |     21:58 Rusiya aviasiyası 2016-cı ildən bəri ilk dəfə Hələbə zərbə endirdi  |     21:46 Nazir: Növbəti tədris ilində Qarabağ Universitetinə 1 500-ə qədər tələbənin qəbulu planlaşdırılır  |     21:36 Ağdərə-Kəlbəcər yolunda aşan avtomobildə dörd nəfər ölüb, bir nəfər yaralanıb - YENİLƏNİB  |     21:30 "Ailəm dağıldı, reytinq xətrinə qarşı tərəfi danışdırdılar  |     21:23 Bakıda “Porsche” qəzaya düşdü, digər maşın yandı  |     21:15 44 yaşlı musiqiçi evində ölü tapıldı - FOTO  |     21:07 Yüzlərlə sahibkarı işsiz qoyaraq, narazılıq yaradan kimlərdir?  |     20:54 Kobaxidze: Aksiyalar xaricdən dəstəklənən zorakı ssenaridir  |     20:48 3 bürc dekabrda muradına çatacaq  |     20:40 Azərbaycanın Yüksək Liqasında daha iki görüş baş tutub  |     20:19 Biləsuvarda məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdən 11 ailə Cəbrayıla köçürülüb  |     20:10 Abbas Araqçı Türkiyəyə səfər edəcək  |     20:03 Yaponiyada güclü zəlzələ oldu  |     19:50 İtkin düşən 33 yaşlı Leyla ilə bağlı təsirli fakt - Təfərrüat  |     19:46 Kürdəmirdə dəhşətli qəza, ölən var - Hadisə yerindən FOTOLAR  |     19:38 Fidan Lavrovla Suriyanı müzakirə etdi  |     19:33 Bakıda qızıl üzük oğurlandı - Saxlanılan var  |    

Aygün Bayramovadan bəzi həmkarlarına ittiham: Sosial şəbəkələrin hesabına meydan sulayırlar

Hər zaman gedəcəyim proqramları seçirəm. Özümə uyğun olanlara gedirəm.

Bunu Oxu.Az-a danışan Xalq artisti, xanəndə Aygün Bayramova son vaxtlar efirlərdə görünməməsindən danışarkən bildirib.

Xalq artisti efirlərə az-az çıxmağın yaxşı olduğunu deyib:

“Ümumiyyətlə, qərarları özüm verirəm. Ona görə də efirlərə az çıxıram. Amma sanballı proqramlarda iştirak edirəm.

Bayağı mahnılar efirlərə ayaq açıb. O mahnılar və ifaçılar həmişə olub. Sadəcə o vaxt sosial şəbəkələr olmadığı üçün onlar efirlərdə ola bilməyiblər. Amma bu gün müəyyən ifaçılar və mahnılar sosial şəbəkələrin hesabına efirlərdə meydan sulayır.

Efirlərdə səviyyə xeyli aşağı düşüb. Bu səbəbdən də bəzi proqramlara getmirəm. Maraqlıdır, bir müğənnini həftədə neçə dəfə efirə çağırarlar?”.

Aygün Bayramova bir müddət öncə televiziyalarda yaradılan Bədii Şuraların heç bir işə yaramadığını bildirib:

“Şuraların xeyrini görmürəm. Çünki şuralar yaradılsa da, televiziyalarda hər şey eynidir. Ona görə də efirlərdə səviyyə çox aşağıdır.

Ümumiyyətlə, indiki sənətçilər böyük-kiçik yeri bilmirlər. Bunlara diqqət etmək lazımdır. Böyük deyən sözlərə qulaq asmaq və nəticə çıxarmaq lazımdır. Bundan sonra vəziyyətin necə olacağını bilmirəm. Onu zaman göstərəcək”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 989 20.12.19 11:42