Xəbər verdiyimiz kimi, Ağstafa rayonu İcra hakimiyyətinin başçısı Nizaməddin Quliyev rüşvət alarkən cinayət başında yaxalanıb.
Bu hadisədən sonra tanınmış teleaparıcı və prodüser Tarix Əliyev icra başçısı haqda maraqlı faktlar paylaşıb.
O Nizaməddin Quliyevin həbsi haqda yazıb: "Sağ əli bütün rüşvət alıb, kasıbları incidənlərin başına. Azərbaycanda tez bir zamanda rüşvətxorluğun, korrupsiyanın kökü kəsiləcək. İnşAllah Prezidentimiz belə insanları cəzalandıracaq və bu başqalarına da dərc olunacaq".
Tolik daha sonra icra başçısı ilə bağlı xatirəsi haqda danışıb: "Mən kasıb ailəyə ev tikdirdim, bu adam bir "meşok" sement də vermədi. Bax, axırı da belə oldu".