Rusiyalı müğənni Dima Bilan Samarada “Şəhər günü”nə həsr olunmuş konsertdə sərxoş halda çıxışının təfərrüatlarını “Youtube”da “Bəs söhbət etməyək?” verilişinin efirində açıqlayıb.
Bilanın sözlərinə əsasən, hər şey Samarada məskunlaşdığı hotelin sahibi ilə yemək məclisinə getməsindən başlayb. Müğənni qeyd edib ki, hotelin sahibinin “kefi yox idi” və ona görə də başları “dərdləşməyə” qarışıb. Bundan sonra qrim otağına qayıdıb və aralarında tanınmış şəxslər və siyasətçilər olan digər şəxslərlə də oturmalı olub.
“Sonra isə “Masanın arxasında dur” effekti oldu. Mən qalxdım, lakin yeriyə bilmədim. Məni heç saxlayan da olmadı”, - deyə müğənni bildirib.