Xalq artisti, bəstəkar-müğənni Emin Ağalarov “Девочка моя” (Mənim qızım) adlı yeni albomunu təqdim edib.
“Crocus City Hall”dakı konsert öncəsi ərsəyə gətirdiyi alboma hit və yeni mahnılarını əlavə edib.
Albomda Maksim Fadeyevin “Нежная” (Zərif), “Девочка Моя” (Mənim qızım) adlı bəstələr, Aleksey Çumakovla duet şəklində ifa etdiyi “У края Пропасти” (Uçurumun kənarında) və Elman&Jony ilə duetlər yer alıb.
Bundan əlavə, Emin qızı Afinaya həsr etdiyi mahnını da yeni “Mənim qızım” albomuna daxil edib. Xalq artisti bəstəni Brendon Stounla birlikdə hazırlayıb.