"15 yaşımdan tək yaşayıram. Evə getmək olmazdı. Qorxumdan evdən qaçmışdım, çünki toyda oxuduğum üçün atam məni öldürəcəkdi. Rəfiqəm Elnarənin evində qalırdım. 15-16 yaşımdan tək ev tutub yaşadım".
Bu sözləri Əməkdar artist Aygün Bəylər "Şou ATV" verilişində deyib.
Xanəndə bildirib ki, atasına görə 15 yaşından evdən qaçdığını və tək yaşadığını söyləyib:
"Anam 180 rubl maaş alırdı. Mən isə bir toydan 100 rubl qazandım. Gördüm ki, toylarda yaxşı gəlir var. Bibimin həyat yoldaşının dəstəyi ilə oxudum. Atama tez-tez deyirdi ki, qoy oxusun. Əmim isə məni öldürmək istəyirdi ki, niyə oxuyur.
2003-cü ildə atam xəstə idi, ömrünün son günlərini yaşayırdı. Həmin vaxt fəxri ad aldım. Necə sevinirdi... Atam ölüm ayağında dedi ki, "Məni bağışla, sənə əziyyət vermişəm. Səni düz tanımamışam. Mənim oğlum elə sən imişsən. Səninlə fəxr edirəm". Atamdan halallıq aldım. Mənə çox əziyyət verib, oxuduğum üçün evə buraxmırdı. Hamı şahidi oldu ki, atam məni bağışladı".