Ölkənin ən səs-küylü və bahalı televiziya layihəsi “Maşın” realiti-şounun “Maskarad” adlı sürətinin doqquzuncu buraxılışı başlayıb.
Median.Az xəbər ki, 50 min manatlıq avtomobil uğrunda sayı iki dəfəyə qədər azalan doqquz məşhurun iştirakı ilə, şounun daha bir gərgin və mübarizə dolu efir həyacanına start verilib.
Şounun əvəzolunmaz siması və aparıcısı, Xalq artisti Murad Dadaşov səsvermənin nəticələrini açıqlayıb. Şəkli qutuya 7 dəfə atılan müğənni Ramal İsrafilov tribunaya çıxaraq, tamaşaçılardan oyunda “qalması” üçün səs istəyib. Ramal öz mahnısını akapela şəklində oxuyaraq, izləyicilərindən onu şouda saxlamağı rica edib.
Murad Dadaşovun “Hədəfin kimdir?” sualına Ramal “Hədəfim şoumen iştirakçılardan biri olacaq” cavabını verib.
M.Dadaşov müğənni Niyam Salami və ya aktyor Məcid Hüseynovun hədəf olduğunu iddia edib.