Bu gün cəzası azaldılan müğənni Fədayə Laçınının bacısı İlahə Fəda bu işdə əməyi olan hər kəsə təşəkkür edib.
Median.Az xəbər verir ki, müğənninin bacısı başda Prezident İlham Əliyev olmaqla, Mehriban xanım Əliyevaya, eləcə də Fədayə Laçının azadlığa çıxması üçün kampaniyanı başladan Real Televiziyasını rəhbəri Mirşahin Ağayevə dərin təşəkkürünü bildirib.
O, çox sevincli olduğunu, bu xəbərə sevinən hər kəsə ailəsinin adından minnətdar olduğunu qeyd edib.