Aparıcı Tarix Əliyev "Hər şey daxil" verilişində özünü "Hacı" kimi təqdim edənləri tənqid edib.
Azxeber.com xəbər verir ki, o bəzi həciləri ifşa edib.
"İnsanlar əvvəl əhd edirdilər ki, həcc ziyarətinə gedib, gəlim. Əvvəl həttə avtobusla gedirdilər. İndi "hacı" adını o qədər ucuzlaşdırıblar ki. Həccdən gələndən sonra qabaqlarına viski qoyurlar. Sonra orucluqda arıqlamaq niyyəti ilə oruc tuturlar. Məncə bu yalnız bizim ölkədə belədir. Hansısa xarici ölkədə bunu görməmişəm".